Qəzza zolağlında müharibə sona yaxınlaşır.
"Report"un İsveçrəyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Davosda "Sülh Şurasının Nizamnaməsi"nin imzalanması mərasimində çıxışı zamanı bildirib.
"Qəzzadakı müharibə həqiqətən də sona çatır. Bizim kiçik yanğın ocaqlarımız var, onları söndürəcəyik, lakin onlar kiçikdir. Əvvəllər bunlar nəhəng, böyük miqyaslı yanğınlar idi, indi isə asanlıqla söndürə biləcəyimiz kiçik ocaqlara çevriliblər", - o bildirib.
Tramp vurğulayıb ki, Qəzza üzrə sülh prosesində 59 ölkə iştirak edir, onların bir çoxu Yaxın Şərq ölkələri deyil.
"Bir çoxları deyirdi ki, HƏMAS öz vədlərinə əməl etməsə, nə olacaq? Onlar sözün əsl mənasında əllərində tüfənglə doğulublar. Lakin onlar silahdan imtina etməlidirlər. Əgər bunu etməsələr, bu, onların sonu olacaq", - o əlavə edib.
ABŞ Prezidenti həmçinin Livandakı "Hizbullah" təhlükəsinin aradan qaldırılmasının zəruri olduğunu bildirib. Biz bununla da bağlı tədbir görməliyik", - o qeyd edib.
Tramp Qəzza zolağının demilitarizasiyasına nail olacağına söz verib. Onun sözlərinə görə, anklav müvafiq idarəetməyə malik olacaq və bərpa ediləcək.