IMG-LOGO

İsmayıllıda avtomobil aşdı, bir nəfər öldü

13 Sep 2026 01:44 4 baxış
IMG
2 0  

Sentyabrın 12-də saat 22 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində avtomobilin sürücüsü, 33 yaşlı İlkin Abdullazadə xəsarət alıb. Onun sərnişini, 31 yaşlı Münəvvər Abdullazadə isə aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

İsmayıllı qəza

Mənbə: lent.az

Xəbər lenti