IMG-LOGO

Defne Samyeli Cem Yılmazdan narahatdır: “Çox qorxduq”

10 Sep 2026 01:54 2 baxış
IMG
1 0  

Defne Samyeli keçmiş sevgilisi Cem Yılmazın infarkt keçirməsindən sonra onunla əlaqə saxladığını açıqlayıb.

Lent.az xəbər verir ki, bu barədə Habertürk məlumat yayıb.

Samyeli Cem Yılmazın səhhəti ilə bağlı xəbəri eşidəndə ciddi narahatlıq keçirdiklərini bildirib.

“Əlbəttə, danışdım. Yaxın çevrəmizdən də pis xəbərlər alırıq. Cem üçün çox üzüldük, çox qorxduq”, - o deyib.

Cem Yılmaz avqustun 29-da Çanaqqaladakı evində özünü pis hiss etdikdən sonra xəstəxanaya yerləşdirilib. Komediyaçıya angioqrafiya edilib və iki günlük müşahidədən sonra evə buraxılıb.

Defne Samyeli Cem Yılmaz

Mənbə: lent.az

Xəbər lenti