IMG-LOGO

Diplomsuzları işə götürən tibb müəssisəsi CƏRİMƏLƏNDİ

09 Sep 2026 18:03 2 baxış
IMG
0 0

Lənkəranda qanunsuz tibbi xidmət göstərilən müəssisə cərimələnib.

Lent.az-ın məlumatına görə, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Lənkəran şəhərindəki tibb xidməti göstərən müəssisədə plandankənar yoxlama keçirib. Nəticədə müəssisədə lisenziyadan kənar iş fəaliyyəti, tibbi təhsili olmayan şəxslərin tibb fəaliyyətinə buraxılması faktı aşkarlanıb.

Faktla bağlı müvafiq maddə ilə protokol tərtib olunub.

Məhkəmənin qərarı ilə həmin obyektin məxsus olduğu MMC 6 min manat məbləğində inzibati qaydada cərimələnib.

Hadisələr məhkəmə işləri məhkəmə qərarları Səhiyyə Nazirliyi tibb müəssisələri

Mənbə: lent.az

Xəbər lenti