IMG-LOGO

Aleksandr Şarovski dəfn edildi - YENİLƏNİB

09 Sep 2026 15:50 3 baxış
IMG
19 0

Xalq artisti Aleksandr Şarovski II Fəxri xiyabanda dəfn edilib.

Lent.az xəbər verir ki, dəfn mərasimində dövlət xadimləri, mədəniyyət və incəsənət nümayəndələri, mərhumun sənət dostları, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Aleksandr Şarovski ilə vida mərasimi Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında keçirilib.

Xatırladaq ki, Xalq artisti bu gün səhər saatlarında Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

*** 10:37

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi 9 sentyabr saat 14:30-da Rus Dram Teatrında keçiriləcək.

Lent.az xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət Nazirliyi açıqlayıb.

Məlumatda bildirilir ki, onun dəfn mərasimi isə İkinci Fəxri Xiyabanda baş tutacaq.

Qeyd edək ki, Aleksandr Şarovski 9 sentyabr 2026-cı ildə uzun sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat edib.

Aleksandr Şarovski aktyor

Mənbə: lent.az

Xəbər lenti