IMG-LOGO

Yanan maşın hərəkətə gəlib qarşısındakı avtomobilə çırpıldı - Şəmkirdə QƏRİBƏ QƏZA

09 Sep 2026 21:24 3 baxış
IMG
0 0

Şəmkirdə minik avtomobili yanıb. Lent.az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarının birinin yaxınlığında qeydə alınıb. Belə ki yol kənarında  dayanmış vəziyyətdə olan "VAZ-21099" markalı minik maşını qəfildən yanmağa başlayıb. Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb edilib.

Yanğın qısa müddətdə ərazisində yanğınsöndürənlər tərəfindən söndürülüb, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Qeyd edək ki avtomobil yanan zaman hərəkətə düşüb və nəticədə qarşısında dayanmış avtomobilə çırpılıb. 

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

şəmkir qəza

Mənbə: lent.az

Xəbər lenti