Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının 152-ci km-də olub.
“Toyota Prado” və “Mercedes” markalı minik avtomobilləri toqquşub, “Toyota Prado” aşıb.
Qəza nəticəsində 1 nəfər ölüb, yaralananlar var.