IMG-LOGO

İrandan Xəzəri üzərək Azərbaycana keçdi, həbs edildi - ÖZƏL

01 Sep 2026 19:14 6 baxış
IMG
0 1

Azərbaycan dövlət sərhədini pozan iranlı həbs olunub.

Lent.az-ın əldə etdiyi xəbərə görə, 25 yaşlı İran vətəndaşı İmran Əmir Hüseyn Davud oğlu Xəzər dənizini üzərək Azərbaycan tərəfə keçib.

Lakin o, məqsədinə çata bilməyib və Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

İstintaq zamanı məlum olub ki, İmran Əmir Hüseyn İranda axtarışa olub. Buna görə o, Xəzər dənizini üzə-üzə Azərbaycanın cənubuna keçmək istəyib. Bu məqsədlə nəqliyyat vasitəsilə Gilandan Azərbaycan sərhədinə gəlib. Axşam saatlarında piyada sərhədi zolağında hərəkət edib. Gecə isə Xəzəri üzərək Azərbaycana keçib. Azərbaycanın nəzarətində olan sulara daxil olarkən sərhədçilər tərəfindən saxlanılıb. 

İmran Əmir Hüseyn ifadəsində İranda həbs olunmamaq üçün qanunsuz yolla Azərbaycana gəldiyini etiraf edib.

Saxlanılarkən onun üzərində külli miqdarda İran pulu çıxıb. 

Məhkəmənin qərarı ilə İmran Əmir Hüseyn Davud oğlu 1 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin qərarına görə, o, cəza müddəti başa çatandan sonra Azərbaycandan məcburi qaydada çıxarılacaq.

Hadisələr məhkəmə işləri məhkəmə qərarları cinayət işləri İran sərhəd Xəzər dənizi

Mənbə: lent.az

Xəbər lenti