IMG-LOGO

Qatlanan “iPhone Ultra” böyük istehsal gecikmələri ilə üzləşib

09 Sep 2026 01:46 2 baxış
IMG
2 0

“Apple”ın ilk qatlana bilən smartfonu olması gözlənilən “iPhone Ultra” ciddi istehsal problemləri ilə qarşılaşıb.

Lent.az xəbər verir ki, şirkətin tətbiq etdiyi sərt keyfiyyət nəzarəti səbəbindən gündəlik istehsalın cəmi bir neçə yüz ədədlə məhdudlaşdığı bildirilir.

Məlumata görə, istehsalın yavaşlamasının əsas səbəbləri qatlanma mexanizminin dizaynı və ekranın tam düz formada saxlanılması ilə bağlı çətinliklərdir. “Apple” mümkün texniki nasazlıqların qarşısını almaq üçün ötən ay istehsal prosesinə əlavə sınaq mərhələsi də əlavə edib.

“Foxconn” əvvəlki sınaqlarda yaranan problemləri aradan qaldırsa da, yeni keyfiyyət yoxlamaları kommersiya istehsalının bir neçə həftə gecikməsinə səbəb olub. Təchizatçılar istehsal çatışmazlığını aradan qaldırmaq üçün fasiləsiz işləyirlər.

“Apple”ın illik 10 milyon ədəd istehsal hədəfinə çatması hazırkı vəziyyətdə çətin görünür. İstehsal sürəti qısa müddətdə artırılmasa, şirkətin telefonu mərhələli şəkildə satışa çıxarması gözlənilir.

Qatlana bilən modelin “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” ilə birlikdə təqdim ediləcəyi və ilk mərhələdə yalnız ABŞ bazarında satışa çıxarılacağı bildirilir.

Apple iPhone

Mənbə: lent.az

Xəbər lenti