Uzunmüddətli silahlı qarşıdurmalar səbəbindən turizm sektorunda ciddi geriləmə yaşayan Efiopiya yenidən turistlərin maraq göstərdiyi istiqamətlərdən birinə çevrilir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, ölkədə infrastruktura iri həcmli sərmayələrin yatırılması, yeni hotellərin açılması, təhlükəsizlik vəziyyətinin qismən yaxşılaşması və elektron viza sisteminin tətbiqi turist axınının artmasına səbəb olub.
BMT-nin Ümumdünya Turizm Təşkilatının məlumatına görə, Efiopiyaya gələn beynəlxalq turistlərin sayı 15 faiz artıb. Bu göstərici Afrika üzrə orta artım tempindən təxminən iki dəfə çoxdur.
Ölkənin turizm imici dəyişirEfiopiya qeyri-sabit bölgə imicindən uzaqlaşaraq ekoturizm, tarixi turizm və aktiv istirahət üçün yeni mərkəzlərdən biri olmağa çalışır.
Buna ölkənin şimalına daxili aviareyslərin bərpası, “Visit Ethiopia” milli turizm platformasının istifadəyə verilməsi, sürətli elektron vizaların tətbiqi və müasir hotellərin açılması da təsir göstərib.
Beynəlxalq turizm şirkətləri Efiopiyaya rezervasiyalarda ikirəqəmli artım qeydə alırlar. Ənənəvi olaraq tarixi və mədəni irslə maraqlanan turistlərlə yanaşı, son vaxtlar trekkinq və vəhşi təbiət axtaran gənclərin də ölkəyə marağı artır.
Qədim kilsələr və lava gölü turistləri cəlb edirEfiopiya Afrikada UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş obyektlərin sayına görə ön sıralarda yer alır.
Turistlərin ən çox maraq göstərdiyi məkanlar arasında XIII əsrə aid Lalibela şəhərində qayalara həkk olunmuş 11 kilsə, Aksumun qədim obeliskləri və Qondar qalaları var.
Paytaxt Əddis-Əbəbədə isə Birlik Parkı və Milli Saray yenilənib.
Təbiət həvəskarlarını Simien dağları, burada yaşayan nadir gelada meymunları, Danakil çökəkliyində yerləşən Erta-Ale vulkanının lava gölü və Omo vadisinin fərqli mədəni ənənələri cəlb edir.
Bəzi bölgələrdə təhlükəsizlik riski qalırBununla belə, mütəxəssislər ölkənin bütün ərazilərinə səfərin eyni dərəcədə təhlükəsiz olmadığını bildirirlər.
Tiqray, Amhara və Oromiya bölgələrinin bəzi hissələrində, eləcə də sərhəd zonalarında təhlükəsizliklə bağlı xəbərdarlıqlar qüvvədə qalır.
Buna baxmayaraq, turizm sektorunun bərpası Efiopiyanın Afrikanın sürətlə inkişaf edən səyahət istiqamətlərindən birinə çevrildiyini göstərir.
Efiopiya dünya ölkəMənbə: lent.az