IMG-LOGO

Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirildi - YENİLƏNİB

09 Sep 2026 12:10 2 baxış
IMG
5 0

74 yaşlı Zaur Rzayev sentyabrın 5-i saat 20:50-də Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Mərkəzi Neftçilər Xəstəxanasından Lent.az-ın sorğusuna cavab olaraq məlumat verilib. Bildirilib ki, qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib:

"Göstərilən zəruri reanimasiya tədbirləri nəticəsində vəziyyətində stabilləşmə müşahidə edilən pasiyentin müalicəsi Terapiya şöbəsində davam etdirilir".

*** 10:29

Xalq artisti Zaur Rzayev Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Lent.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında xəstəxananın direktoru Zaur Xəlilov məlumat verib.

O bildirib ki, Xalq artistinin vəziyyəti qənaətbəxşdir və o, palata şəraitində müalicə alır. Məlumata əsasən, Zaur Rzayev bir neçə gün sonra xəstəxanadan evə buraxılacaq.

mədəniyyət xəbərləri Xalq artisti

Mənbə: lent.az

Xəbər lenti