IMG-LOGO

Sobada pendirli və sarımsaqlı pomidor - RESEPTI

09 Sep 2026 10:47 3 baxış
IMG
47 0

Bu yüngül və isti qəlyanaltı həm gündəlik süfrə, həm də bayram masası üçün uyğundur. Şirəli pomidorlar pendirli, ətirli içliklə birlikdə sobada bişirilir və çox sadə, sürətli, dadlı nəticə alınır.

Lent.az bu resepti təqdim edir:

Lazım olan ərzaqlar:

pomidor - 500 qram;

bərk pendir - 60 qram;

göyərti - şüyüd, cəfəri.

Marinad üçün:

zeytun yağı - 4 xörək qaşığı;

Provans otları - 1 çay qaşığı;

sarımsaq - 2 diş;

üyüdülmüş qara istiot;

duz.

Hazırlanması

Pomidorları yuyub kağız dəsmalla qurulayın. Ortadan iki hissəyə bölün və kiçik qaşıqla iç hissəsini ehtiyatla çıxarın. Sarımsağı təmizləyib presdən keçirin. Bərk pendiri xırda sürtgəcdən keçirin. Marinad hazırlamaq üçün bir qabda zeytun yağı, Provans otları, sarımsaq, qara istiot və duzu qarışdırın.

Pomidorların yarımlarını bu qarışımla marinad edib 20-30 dəqiqə saxlayın. Pomidorları perqament kağızı sərilmiş soba sinisinə kəsilmiş tərəfi yuxarı olmaqla düzün. Hər pomidorun içinə sürtgəcdən keçirilmiş pendir əlavə edin və qalan marinaddan üzərinə gəzdirin. Əvvəlcədən 200 dərəcəyə qədər qızdırılmış sobada 10-12 dəqiqə bişirin.

Hazır olduqdan sonra boşqaba düzün, üzərinə doğranmış göyərti səpin və süfrəyə verin.

Nuş olsun!

Mətbəx pomidor sarımsaq

Mənbə: lent.az

Xəbər lenti