IMG-LOGO

Alimlər ağciyər xərçənginin immun sistemindən gizlənməsinə kömək edən hüceyrələri aşkarladı

09 Sep 2026 03:41 3 baxış
IMG
3 0

ABŞ-ın Kolumbiya Universitetinin İrvinq Tibb Mərkəzinin alimləri ağciyər xərçəngi şişlərinin immun sistemindən gizlənməsinə kömək edən yeni hüceyrə qrupunu aşkar ediblər.

Lent.az xəbər verir ki, tədqiqatçılar CHL1 fibroblastları adlandırılan bu hüceyrələrin şişin ətrafına immun sistemini zəiflədən T hüceyrələrini cəlb etdiyini və bununla da xərçəngin immun müdafiədən qorunmasına şərait yaratdığını müəyyən ediblər.

Siçanlar üzərində aparılan təcrübələrdə bu hüceyrələrin istifadə etdiyi siqnal sisteminin bloklanması nəticəsində immun sisteminin şişə hücum etməsi mümkün olub. Eyni hüceyrələrin insanlarda yaranan ağciyər şişlərində də mövcud olduğu müəyyənləşdirilib.

İnsan şişlərindən götürülmüş nümunələrin analizi göstərib ki, tərkibində daha çox fibroblast olan xəstələrdə immun reaksiyası daha zəifdir və xəstəliksiz sağqalma göstəriciləri aşağıdır.

Alimlər bu hüceyrələrin necə və haradan yarandığını hələ tam müəyyənləşdirə bilməyiblər. Bununla belə, onların və ya yaratdıqları immuniteti zəiflədən mexanizmin gələcəkdə ağciyər xərçənginin müalicəsində yeni hədəfə çevrilə biləcəyi düşünülür.

xərçəng alim

Mənbə: lent.az

Xəbər lenti