IMG-LOGO

Bakıda “Mercedes” piyadanı vurub öldürdü

04 Sep 2026 09:36 2 baxış
IMG
1 0

Bakının Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə sentyabrın 3-də qeydə alınıb.

48 yaşlı Mübariz Həmidov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 69 yaşlı Gülarə Abdullayevanı vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı cinayət işi başlanıb.

 

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti