Şəkidə baş verən iki ayrı yanğın nəticəsində fərdi yaşayış evi və minik avtomobili yanıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə APA-nın Şimal-qərb bürosu məlumat yayıb.
İlk hadisə sentyabrın 3-də saat 23 radələrində Şəki şəhərində qeydə alınıb. Dilqəm Məmmədseyid oğlu Ağababayevə məxsus birmərtəbəli, 3 otaq və aynəbənddən ibarət fərdi yaşayış evində yanğın baş verib.
Yanğın nəticəsində evin yanar konstruksiyaları və içərisindəki əşyalar, həmçinin evə bitişik tikilmiş talvarın yanar konstruksiyaları yanıb.
Digər yanğın hadisəsi isə gecə saat 01 radələrində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəkinin Göybulaq kəndindən keçən hissəsində baş verib.
Bilal Şaban oğlu Xalitova məxsus “Mercedes” markalı, 62-BL-162 dövlət qeydiyyat nişanlı minik avtomobilində hərəkətdə olarkən yanğın başlayıb. Nəticədə avtomobilin yanar konstruksiyaları yanıb.
Hər iki hadisə zamanı xəsarət alan olmayıb. Yanğınların söndürülməsi üçün əraziyə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və yanğınsöndürənləri cəlb edilib.
Faktlarla bağlı araşdırma aparılır.
şəki yanğınMənbə: lent.az