IMG-LOGO

Leysan, şimşək, dolu - Hava XƏBƏRDARLIĞI

25 Aug 2026 15:33 5 baxış
IMG
4 0

Avqustun 26-dan 29-dək Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə Lent.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Ölkə ərazisində havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 4–8 dərəcə enəcəyi gözlənilir.

Hava proqnozu

Mənbə: lent.az

Xəbər lenti