IMG-LOGO

Bakıda gecə klubu yanır - VİDEO

25 Aug 2026 16:11 6 baxış
IMG
0 1

Bakının Nərimanov rayonunda yanğın başlayıb.

Lent.az oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı videogörüntü paylaşılıb.

Qeyd olunub ki, hadisə Molla Cümə küçəsindəki "Burju Baku" gecə klubunda qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb olunublar.

Oxu.Az-ın sorğusuna cavab olaraq FHN-in Mətbuat Xidmətindən fakt təsdiqlənib.

"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində yerləşən obyektin dam örtüyündə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək", deyə məlumatda bildirilir.

Sizin brauzer video tagını dəstəkləmir. Hadisələr yanğın gecə klubu video videolent

Mənbə: lent.az

Xəbər lenti