Hollivud ulduzu Bred Pittin Ancelina Colidən ayrıldıqdan sonrakı şəxsi həyatı illərdir mətbuatın diqqət mərkəzindədir. Aktyorun adı bu müddətdə bir sıra məşhur aktrisalar, modellər və şou-biznesdən kənar qadınlarla hallandırılıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, boşanmadan sonra Pittin adı ilk növbədə keçmiş həyat yoldaşı Cennifer Enistonla yenidən yanaşı çəkilib. Daha sonra aktyorun Marqo Robbi və Sienna Millerlə münasibətdə olduğu barədə iddialar yayılıb. Zərgərlik dizayneri Sat Hari ilə də Pitt arasında romantik münasibət olduğu bildirilsə də, sonradan onların sadəcə dost olduqları məlum olub. Aktyorun Şarliz Teronla münasibətdə olduğu da iddia edilib, lakin aktrisa həmin dövrdə heç kimlə görüşmədiyini açıqlayıb.
Bred Pitt bir neçə ay polşalı model Nikol Poturalski ilə birlikdə olub. Bundan sonra onun adı müğənni və aktrisa Andra Day ilə hallandırılıb. Daha sonra Pittin isveçli müğənni Lykke Li ilə münasibətdə olduğu barədə xəbərlər yayılıb. Cütlüyün bir neçə dəfə restoranlarda birlikdə görüldüyü bildirilib. Aktyorun adı bmodel Emili Ratajkovski ilə də yanaşı çəkilib.
Hazırda isə Bred Pittin sevgilisi İnes de Ramondur. O, böyük zərgərlik şirkətlərindən birində topdansatış üzrə rəhbər vəzifədə çalışır.
Bred Pitt Hollivud ulduz aktyor Ancelina ColiMənbə: lent.az