IMG-LOGO

Laçından Ermənistana elektrik enerjisi verilə bilər

25 Aug 2026 15:08 6 baxış
IMG
0 0

Avqustun 25-də Laçın şəhərində Azərbaycanın Energetika Nazirliyinin və “Azərenerji” ASC-nin, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin və “Elektrik Enerjisi Sisteminin Operatoru” şirkətinin nümayəndələrinin işgüzar görüşü keçirilib.

Nazirlər Kabinetindən Lent.az-a bildirilib ki, görüşdə tərəflər iki ölkə arasında elektrik enerjisinin idxalı və ixracı imkanlarını, eləcə də bu məqsədlə iki ölkənin enerji infrastrukturlarının dövlət sərhədində əlaqələndirilməsinin mümkün variantlarını müzakirə ediblər.

sosial xəbərlər iqtisadiyyat Laçın şəhəri Ermənistan elektrik enerjisi

Mənbə: lent.az

Xəbər lenti