“Yuventus”un hücumçusu Kenan Yıldız A Seriyasının 1-ci turunda “Frozinone”yə qarşı keçirilən və Turin klubunun 1:0 hesablı qələbəsi ilə başa çatan oyunda ciddi zədə alıb.
Lent.az xəbər verir ki, 21 yaşlı türkiyəli futbolçunun sol ayağının pəncə nahiyəsində sınıq aşkarlanıb. O, qarşılaşmanın 69-cu dəqiqəsində əvəzlənib və onun yerinə Jeremi Boqa meydana çıxıb.
Məlumata görə, aparılan müayinələr Kenan Yıldızın cərrahi əməliyyata ehtiyacı olduğunu göstərib. Futbolçunun bərpa müddətinin təxminən üç ay çəkəcəyi gözlənilir.
Kenan Yıldız ötən mövsüm “Yuventus”un heyətində bütün turnirlərdə 47 oyuna çıxıb, 11 qol vurub və 9 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalı futbolçunun bazar dəyərini 75 milyon avro qiymətləndirir.
İdman xəbərləri futbolMənbə: lent.az