IMG-LOGO

260 Starlink peyki atmosferdə məhv edildi

09 Jul 2026 04:13 7 baxış
IMG
0 0

SpaceX son altı ay ərzində istismar müddəti başa çatan 260 Starlink peykini idarəolunan şəkildə Yer atmosferinə endirərək məhv etdiyini açıqlayıb.

Lent.az xəbər verir ki, şirkətin məlumatına görə, daha 349 peyk də istismardan çıxarılıb və yaxın aylarda eyni üsulla orbitdən çıxarılacaq.

Hazırda orbitdə 10 mindən çox Starlink peyki fəaliyyət göstərir və şirkət gələcəkdə bu rəqəmi 42 minə çatdırmağı planlaşdırır.

Mütəxəssislər isə atmosferdə yandırılan minlərlə peykin ətraf mühitə mümkün təsirləri ilə bağlı narahatlıqların artdığını bildirərək daha geniş araşdırmaların aparılmasına çağırırlar.

 

Starlink peyk

Mənbə: lent.az

Xəbər lenti