Azəriqaz" İB-nin rəhbərliyi Qax rayonunda vətəndaşları qəbul edəcək.
Lent.az xəbər verir ki, “Azəriqaz” İB-nin baş direktorunun növbəti vətəndaş qəbulu avqustun 28-də saat 11:00-da Qax Rayon Heydər Əliyev Mərkəzində (ünvan: Qax şəhəri, Nəriman Nərimanov 7) keçiriləcək. Görüşdə Qax və Şəki rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.
Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin xidmət sahələrinə aid olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Zaqatala Regional Qaz İstismarı İdarəsinə (tel.: 050-845-99-51; 050-845-99-47) müraciət edə bilərlər.
Azəriqaz Qax Vətəndaş qəbuluMənbə: lent.az