Əqli Mülkiyyət Agentliyinin “Əqli mülkiyyət” jurnalının baş redaktoru Ədalət İsmayılov (Ədalət Mədətoğlu) vəfat edib.
Lent.azxəbər verir ki, o, 58 yaşında dünyasını dəyişib. Bu barədə sosialmediada məlumat yayılıb.
Qeyd edək ki, Ə.Mədətoğlu “Elm”, “İntibah”, “Əlillər”, “Kaspi”, “New Baku Post”, BBC radiosu və digər mətbuat qurumlarında çalışıb. O, 2019-cu ildən “Əqli mülkiyyət” jurnalının baş redaktoru idi.
Ədalət Mədətoğlu
Mənbə: lent.az