IMG-LOGO

Nvidia və LG “insana bənzər robot” hazırlayır

18 Aug 2026 01:29 3 baxış
IMG
0 0

Nvidia və LG humanoid robotların hazırlanması üçün əməkdaşlığa başlayıb.

Lent.az xəbər verir ki, bu barədə TS2 məlumat yayıb.

Hazırlanacaq robotun Nvidia-nın Isaac GR00T platforması və Jetson Thor sistemindən istifadə edəcəyi bildirilir. Bu texnologiyalar robotlara ətraf mühiti daha yaxşı qavramaq və mürəkkəb tapşırıqları yerinə yetirmək imkanı verə bilər.

Əməkdaşlıq Nvidia-nın süni intellekt çipləri ilə məhdudlaşmayaraq robot texnologiyalarına daha böyük diqqət ayırdığını göstərir.

Nvidia LG robot

Mənbə: lent.az

Xəbər lenti