IMG-LOGO

Marta Kos: Üzv dövlətlər Monteneqronun Aİ-yə qoşulma müqaviləsinin hazırlanmasına başlamaq qərarı veriblər

22 Apr 2026 20:46 4 baxış
IMG

Monteneqronun Avropa İttifaqı (Aİ) daxilindəki yeri artıq formalaşmağa başlayır.

"Report"un Balkan bürosu xəbər verir ki, bunu Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos bildirib.

O qeyd edib ki, bu gün üzv dövlətlər Monteneqronun Aİ-yə qoşulma müqaviləsinin hazırlanmasına başlamaq qərarı qəbul ediblər:

"Bu, Aİ üzvlüyünə gedən yolda mühüm addımdır, Monteneqronun əldə etdiyi irəliləyişin aydın şəkildə tanınmasıdır və islahatların sürətləndirilməsi üçün təşviqdir. Həmçinin əvvəlki genişlənmələrdən dərs çıxarmaq və gələcək qoşulma müqavilələrinə hüququn aliliyi və əsas dəyərlərdən geri addım atılmasının qarşısını almaq üçün yeni və daha güclü təminatlara imkanı yaranır".

Xəbər lenti