IMG-LOGO

Zaqatalada hazırlanan yumurta turşusu türkləri TƏƏCCÜBLƏNDİRDİ

04.12.2023 16:36 88 baxış
IMG

Türkiyəli blogger Hasan Cam sosial şəbəkə hesabında canlı yayıma çıxaraq Azərbaycanın Zaqatala, Qax,  Balakən rayonlarında hazırlanan maraqlı bir yeməyə diqqət çəkib. Bu zonada hazırlanan yumurta şorabası onu xeyli heyrətləndirib.

Lent.az yumurta şorabasının hazırlanması barədə məlumat verir.

Yumurta şorabası, daha dorğusu, marinadı belə hazırlanır.

Yumurtalar soyutma bişirilir, soyulur. Təmiz balonun içərisinə təxminən 10 ədəd soyulmuş yumurta, doğranmış bibər, zəncəfil, kök, soğan, sarımsaq, göyərti, çuğundur duz, bitki yağı, sirkə, qaynadılmış su tökülüb qapağı bağlanır. Balon su dolu qazana qoyulur, yarım saat qaynadıldıqdan sonra çıxarılır. 

Bu yeməyi hazır salat da adlandırmaq olar. Bir neçə gün sonra istifadə etmək üçün yararlı olur.

Hazırlanan yumurta şorabası türkiyəli izləyicilərin heyrətinə səbəb olub.