IMG-LOGO

Kürəyindəki problemə görə əməliyyat oluna bilər

04.12.2023 15:53 54 baxış
IMG

Ön çarpaz bağını və menisküsünü qoparan və mövsümün qalan hissəsini buraxacaq yarımmüdafiəçi Qavini itirdikdən sonra "Barselona"nın daha bir əsas oyunçusu əməliyyat oluna bilər. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, söhbət kürəyində problemlər yaşamağa davam edən qapıçı Mark-Andre ter Ştegendən gedir.

Bildirilir ki, "Barselona" mümkünsə əməliyyatdan qaçmağa çalışacaq, lakin qapıçının bel ağrısı davam edərsə, alman üçün xroniki problemə çevrilməsi riski var, yəni əməliyyat yeganə seçim olacaq.

"Markın belində bir az narahatlıq var və bu həftə bunun necə getdiyini görəcəyik və elan edəcəyimiz bir şey varsa, bunu edəcəyik. Onun hələ də aradan qalxmamış narahatlığı var. Baxacağıq”, - komandanın baş məşqçisi Xavi mətbuat konfransında deyib.

   

Xəbər lenti