IMG-LOGO

"BOMJ"ları qətlə yetirən həbs edildi

04.12.2023 11:52 42 baxış
IMG

ABŞ-da silsilə qətldə şübhəli bilinən şəxs həbs edilib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Los-Ancelesdə baş verib.

33 yaşlı Cerri Cozef üç bomju qətlə yetirib.

Əldə olunan məlumatlara görə, o, 3 nəfəri öldürüb. 37 yaşlı Xose Bolanos noyabrın 26-da səhər saat 3 radələrində Los-Ancelesin cənub xiyabanında güllə yarasından ölü tapılıb. Növbəti gün, 62 yaşlı Mark Diqqs səhər saat 5 radələrində şəhərin mərkəzi yaxınlığında alış-veriş arabasını itələyərkən vurularaq öldürülüb.

Üçüncü qətl noyabrın 29-da gecə saat 2:30 radələrində baş verib. Linkoln Heights məhəlləsində 52 yaşlı kişinin cəsədi tapılıb. 

Detektivlər Cozefin avtomobilini müşahidə kamerası görüntülərindən müəyyən ediblər. Aparılan araşdırmalar nəticəsində Cerri Cozef qısa müddət ərzində saxlanılıb.

Xəbər lenti