IMG-LOGO

Bunlar bəxtsizlik və yoxsulluq gətirir - Qarderobunuzdan çıxarın

06 Jun 2026 11:49 3 baxış
IMG
19 0

Fən-şuy təliminin tərəfdarları hesab edirlər ki, insanın xarici görünüşü onun daxili vəziyyətini əks etdirir. Onların fikrincə, səliqəli və baxımlı geyim özünəinamı artırmağa, müsbət enerji cəlb etməyə və hətta uğur qazanmağa kömək edə bilər. Əksinə, çirkli, köhnəlmiş və ya zədələnmiş geyimlərin mənfi təsir göstərə biləcəyi iddia olunur.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, fən-şuy üzrə mütəxəssislər insanın öz üslubu ilə harmoniya içində olmasının vacib olduğunu vurğulayırlar.

Bununla yanaşı, bu təlimə əsaslanan inanclarda bəzi geyim növlərinin enerji balansını poza və hətta uğursuzluq gətirə biləcəyi qeyd edilir.

Qeyd edək ki, astrologiya, numerologiya, falçılıq, ekstrasensorika və fən-şuy kimi təcrübələr elmi əsaslara söykənmir. Onlar daha çox qədim inanclar və ənənələr üzərində qurulub və elmi araşdırmalarla təsdiqlənməyib.

Fən-şuya görə uğursuz hesab olunan geyimlər

Cırılmış və köhnəlmiş paltarlar

Fən-şuy tərəfdarlarının fikrincə, deşik və ya zədələnmiş geyimlər itki simvolu hesab olunur. Xüsusilə maliyyə itkisi ilə əlaqələndirilən bu cür paltarların maddi rifahın qarşısını aldığına inanılır.

Kəllə və qorxulu təsvirlər olan geyimlər

Kəllə, skelet və ya aqressiv simvollar əks etdirən geyimlər bəzi fən-şuy şərhlərində ağır və mənfi enerji daşıyıcısı hesab edilir. Bu təsvirlərin insanın emosional vəziyyətinə və ətraf mühitə mənfi təsir göstərə biləcəyi iddia olunur.

Əjdaha və müqəddəs simvollar

Əjdaha, dini və ya müqəddəs obrazların təsvir olunduğu geyimlərə xüsusi ehtiramla yanaşılması tövsiyə edilir. Fən-şuy inanclarına görə, belə simvollardan məsuliyyətsiz istifadə arzuolunmaz nəticələrə səbəb ola bilər.

Həddindən artıq açıq geyimlər

Qarın və ya çiyin hissəsini tam açıq qoyan geyimlər bəzi fən-şuy yanaşmalarında insanın enerji müdafiəsini zəiflədən amillərdən biri kimi qiymətləndirilir.

“X” işarəsi

Bəzi ənənəvi fən-şuy yozumlarında “X” formasının enerji axınının qarşısını aldığı və ya onu kəsdiyi düşünülür. Buna görə də bu simvolun geyimlərdə çox istifadə olunmaması tövsiyə edilir.

Mütəxəssislər qeyd edirlər ki, bu yanaşmalar elmi faktlara deyil, inanclara əsaslanır. Geyim seçərkən əsas meyar insanın özünü rahat, inamlı və xoşbəxt hiss etməsi olmalıdır.

geyim inanclar fən-şuy təlimi

Mənbə: lent.az

Xəbər lenti