IMG-LOGO

"Barselona" İngiltərə kubunun müdafiəçisini transfer siyahısına daxil edib

10 Jan 2026 17:47 6 baxış
IMG

İspaniyanın "Barselona" klubu "Tottenhem"in (İngiltərə) mərkəz müdafiəçisi Mikki van de Veni transfer siyahısına daxil edib.

"Report"un "Sport.es"ə istinadən məlumatına görə, 24 yaşlı futbolçu gələn yay London klubunu tərk etmək niyyətindədir.

"Tottenhem" rəhbərliyi isə niderlandlı oyunçunu Premyer Liqadakı rəqiblərinə deyil, digər çempionatda çıxış edən kluba satmağa üstünlük verir. Onun klubla hazırkı müqaviləsinin müddəti 2029-cu ilin yayına kimidir.

Qeyd edək ki, Mikki van de Ven 2023-cü ilin yayından "Tottenhem"in formasını geyinir. Müdafiəçi cari mövsümdə bütün turnirlər daxil olmaqla meydana çıxdığı 27 matçda 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı futbolçunun dəyərini 65 milyon avro olaraq qiymətləndirir.

Xəbər lenti