Pişik və it sevən insanlar fərqli düşünür, ünsiyyət qurur və cəmiyyətdə fərqli davranırlar. Tədqiqatçılar hansı qrupun intellekt testlərində daha yüksək nəticə göstərdiyini izah ediblər.
İtlərin, yoxsa pişiklərin daha yaxşı olması ilə bağlı mübahisələr illərdir davam edir. Bəziləri itləri insanın ən sadiq dostu hesab edir, digərləri isə pişiklərin daha ağıllı və müstəqil olduğunu düşünür.
Lent.az xarici mediaya istinadən xəbər verirlər ki, alimlər bu məsələyə başqa tərəfdən yanaşaraq insanların ev heyvanı seçimlərinin onların idrak qabiliyyətləri ilə əlaqəli olub-olmadığını araşdırıblar.
2014-cü ildə aparılan tədqiqatda ABŞ kolleclərinin 600 tələbəsi iştirak edib. Respondentlərin əksəriyyəti özlərini itsevər adlandırıb — onların sayı 352 nəfər olub. Daha 66 iştirakçı isə pişiksevər olduğunu bildirib. Digərləri hər iki heyvanı eyni dərəcədə sevdiklərini və ya müəyyən üstünlüklərinin olmadığını deyiblər.
İştirakçılar 16PF şəxsiyyət testindən keçib, həmçinin idrak qabiliyyətlərini ölçən tapşırıqları yerinə yetiriblər.
Nəticələrin təhlilindən sonra tədqiqatçılar müəyyən ediblər ki, pişiksevərlər məntiqi düşünmə göstəricilərinə görə orta hesabla itsevərlərdən daha yüksək bal toplayıblar.
Araşdırma müəllifləri bunun bir neçə mümkün izahını təqdim ediblər. Onlardan biri budur ki, itlər şəxsi xüsusiyyətlərindən asılı olmayaraq çox geniş insan kütləsi tərəfindən sevilir. Alimlərin fikrincə isə pişiklər daha çox yüksək düşünmə və abstrakt təfəkkür qabiliyyətinə malik insanlara xoş gəlir.
heyvanlar aləmi itsevər və pişiksevər insanların IQ səviyyəsiMənbə: lent.az