IMG-LOGO

Ən gözəl qadınların yaşadığı ölkələr - SİYAHI

29 May 2026 14:40 6 baxış
IMG
5 0

Ən gözəl qadınların yaşadığı ölkələrin siyahısı açıqlanıb.

Lent.az xəbər verir ki, məlumatlar “World Population Review” saytında dərc olunub.

Hesabatın əsasını 2025-ci ildə yayımlanan müxtəlif reytinqlər təşkil edib. Bu reytinqlərin bir qismi müxtəlif ölkələrdən olan qadınların beynəlxalq gözəllik müsabiqələrində qazandığı qələbələrin sayına əsaslanıb. Digərlərində hansı ölkələrin qadınlarının daha çox məşhur simaya çevrildiyi qiymətləndirilib. Bəzi araşdırmalarda isə ekspert rəylərindən istifadə olunub.

Siyahının hazırlanması zamanı Reddit forumunda istifadəçilərin səsləri də nəzərə alınıb. Reytinqdə birinci yeri Kolumbiya tutub.

İlk beşlikdə həmçinin Polşa, Yunanistan, Çexiya və Rusiya yer alıb.

Reytinqdə ən aşağı yerlərdə isə Venesuela, Albaniya və İspaniya qadınları göstərilib.

Qeyd etmək lazımdır ki, bu cür reytinqlər subyektiv meyarlara əsaslanır və gözəllik anlayışı fərdi zövq, mədəniyyət və baxışlardan asılı olaraq dəyişə bilir.

dünyadan xəbərlər maraq maraqlı xəbərlər qadın

Mənbə: lent.az

Xəbər lenti