IMG-LOGO

Şoyqu: Ermənistanın son hərəkətləri Rusiya ilə müttəfiqlik ruhuna uyğun gəlmir

20 May 2026 19:50 4 baxış
IMG

Ermənistan rəhbərliyi son vaxtlar Rusiya ilə müttəfiqlik münasibətlərinin ruhuna cavab verməyən addımlar atır.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bunu ölkənin Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu xüsusi işçi qrupunun iclasında bildirib.

Onun sözlərinə görə, Ermənistan beynəlxalq platformalarda mütəmadi olaraq Avropa İttifaqının (Aİ) mövqeyinə qoşulur, həmçinin standartların modifikasiyası, gömrük-ticarət rejimlərinin Aİ ilə sinxronlaşdırılması üzrə fəal iş aparır. "Bu isə Ermənistanın Avrasiya İqtisadi İttifaqı çərçivəsindəki öhdəliklərinə uyğun gəlməyə bilər", - o xatırladıb.

Mənbə: report.az

Xəbər lenti