Yerli icmaların iştirakının inteqrasiyası və geoməkan məlumatlarının istifadəsi qeyri-rəsmi şəhər yaşayış məntəqələri ilə bağlı statistikanın dəqiqliyini və dövlət siyasətinin səmərəliliyini əhəmiyyətli dərəcədə artırmağa imkan verir.
"Report"un məlumatına görə, bunu Braziliya Coğrafiya və Statistika İnstitutunun nümayəndəsi Filipe Mendeş (Filipe Mendes) Bakıda WUF13 çərçivəsində keçirilən "Qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası" adlı tədbirdə bəyan edib.
Onun sözlərinə görə, institut ənənəvi olaraq birgə məlumat toplama ilə bağlı yanaşmalardan istifadə edir, sakinləri siyahıyaalma proseslərinə fəal şəkildə cəlb edir ki, bu da "kor zonaları" azaltmağa və ucqar ərazilərinin əhatə dairəsini yaxşılaşdırmağa imkan verir.
O qeyd edib ki, icmaların iştirakı xüsusilə qeyri-rəsmiliyin yüksək səviyyədə olduğu və mürəkkəb kriminogen vəziyyətin hökm sürdüyü regionlarda vacibdir, burada siyahıyaalma aparanların girişi tez-tez məhdudlaşdırılır və sakinlərin dəstəyi olmadan uçotun aparılması qeyri-mümkün olur.
"Braziliyada terminologiyaya yanaşma də dəyişib: köhnəlmiş adlar əvəzinə icmalar tərəfindən qəbul edilmiş "favellər" və "şəhər icmaları" kimi daha neytral terminlər istifadə olunur ki, bu da əhalinin rəsmi statistikada daha yaxşı təmsil olunmasına kömək edir", - o deyib.
Mənbə: report.az