IMG-LOGO

Peruda şəhər meri: Amazoniya Şəhərləri Forumu ümumi ekoloji gündəliyin təşviqinə yönəlib

20 May 2026 16:41 3 baxış
IMG

2023-cü ildə yaradılmış Amazoniya Şəhərləri Forumu bu gün Amazoniyanın səkkiz ölkəsindən 45 bələdiyyəni birləşdirir.

"Report" xəbər verir ki, bu barədə Maynas (Peru) şəhərinin meri Paola Banses Çaves Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, forum Amazoniyanın urbanizasiyasının unikal xarakterini vurğulamaq və Amazon şəhərləri arasında əməkdaşlıq üçün platforma formalaşdırmaq məqsədilə yaradılıb.

"Forum Amazon şəhərlərinin bilik və qabaqcıl təcrübələrini bölüşə biləcəyi bir məkan yaratmağa çalışır", - o qeyd edib.

Peru nümayəndəsi vurğulayıb ki, təşəbbüsün əsas məqsədlərindən biri eyni zamanda ətraf mühiti qoruyub saxlamaqla yaşayış məntəqələrinin dayanıqlı inkişafı naminə səyləri birləşdirməkdir.

O, həmçinin bildirib ki, forumda sədrlik inzibati mərkəzi İkitos şəhəri olan Maynas əyalətinə verilib.

"Hər bir şəhərin potensialının forumun bütün iştirakçıları arasında tanınması və qiymətləndirilməsi vacibdir", - mer bildirib.

Onun sözlərinə görə, Amazon Şəhərləri Forumu Amazon ölkələrinin bələdiyyələri arasında əməkdaşlığı inkişaf etdirməyə və regionun ümumi ekoloji və şəhər gündəliyini təşviq etməyə yönəlib.

Mənbə: report.az

Xəbər lenti