IMG-LOGO

Anaklaudia Rossbax: Bakıda "Baku Urban Award" mükafatını təqdim etmək istəyirik

20 May 2026 13:58 2 baxış
IMG

UN-Habitat Azərbaycan Hökuməti sıx əməkdaşlığa sadiqdir.

"Report" xəbər verir ki, bunu "UN-Habitat"ın icraçı direktoru Anaklaudia Rossbax WUF13 çərçivəsində "Baku Urban Award" təşəbbüsünün təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan WUF13-ün yeri miras qoyacaq:

"Bakıda "Baku Urban Award" mükafatını təqdim etmək istəyirik. Bildirmək istəyirəm ki, UN-Habitat Azərbaycan hökuməti ilə bizi bu proses boyunca istiqamətləndirəcək yüksək səviyyəli kuratorlar qrupu ilə sıx əməkdaşlığa sadiqdir".

A. Rossbax qeyd edib ki, bir çox innovativ mənzil həlləri mövcud olsa da, onlar çox vaxt parçalanmış vəziyyətdə qalır, kifayət qədər tanınmır və miqyaslandırılmır:

"Buna görə də praktik həlləri bilik istehsalı, siyasət dialoqu və potensialın artırılması ilə birləşdirən qlobal mexanizmə ehtiyac var. Bu ehtiyaca cavab olaraq, UN-Habitat Azərbaycan Hökuməti ilə tərəfdaşlıq çərçivəsində "Bakı Şəhər Mükafatı" (Baku Urban Award) təşəbbüsünü irəli sürüb. Bu qlobal təşəbbüs mənzil həllərini müəyyən etmək, tanıtmaq və yaymaq məqsədi daşıyır".

Onun sözlərinə görə, WUF13 çərçivəsində yaradılan bu mükafat yalnız tanınma ilə məhdudlaşmır, həm də bilik mübadiləsi, öyrənmə və müsbət nəticə verən təcrübələrin təkrarlanması üçün platforma rolunu oynayır.

Mənbə: report.az

Xəbər lenti