IMG-LOGO

Aleksandra Narıjna: "Urban Reform"da şəhərlərin inklüzivliyinin rəqəmsal analizi tətbiq edilir

20 May 2026 10:45 3 baxış
IMG

Ukrayna ictimai təşkilatı Urban Reform, bərpa proseslərində müvafiq metodologiyanı tətbiq etmək üçün UN-Habitat və Shared City Foundation-ın təşəbbüsü olan HerCity layihəsi ilə əməkdaşlıq edir.

"Report" xəbər verir ki, bunu "Urban Reform"un qurucusu Aleksandra Narıjna Bakıda WUF13 çərçivəsində keçirilən panel müzakirəsi zamanı bəyan edib.

"Biz şəhər mühitinin inklüzivliyinin analizi və ictimai məkanların və obyektlərin qadınlar, qız uşaqları və əhalinin həssas qrupları üçün əlçatanlığının qiymətləndirilməsi məqsədilə rəqəmsal alətlərdən istifadə edirik", - o qeyd edib.

Onun sözlərinə görə, sistem sığınacaqlar da daxil olmaqla müxtəlif obyektləri vizuallaşdırmağa, həmçinin onların vəziyyəti, zədələnmə səviyyəsi, təmiri və məlumatın toplanma vaxtı haqqında məlumat əldə etməyə imkan verir.

Bundan əlavə, platforma "yaxınlıq" prinsipini təhlil edərək, obyektlərə piyada, əlil arabasında və ya ictimai nəqliyyatla çatmaq üçün nə qədər vaxt lazım olduğunu göstərir.

Qeyd edək ki, HerCity layihəsi qadınların şəhər mühitinin layihələndirilməsi prosesinə cəlb edilməsinə əsaslanan inklüziv şəhər planlaşdırmasının praktik və çevik metodologiyasını təklif edir.

Mənbə: report.az

Xəbər lenti