IMG-LOGO

Pakistanlı nazir: Şəhərsalma problemlərinin həllinə yoxsul ölkələrin prizmasından baxılmır

20 May 2026 10:50 3 baxış
IMG

Bu gün şəhərsalma məsələsində problemlərin həllinə yoxsul ölkələrin prizmasından baxılmır.

"Report" xəbər verir ki, bunu Pakistanın iqlim məsələləri üzrə naziri Musadik Malik WUF13 çərçivəsində keçirilən Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "İqlim-mənzil əlaqəsi bərabərsizliyi və ya yerdəyişməni dərinləşdirmədən iqlimə davamlı mənzilləri genişləndirə bilərikmi?" mövzusunda sessiyada deyib.

Onun sözlərinə görə, şəhərsalma problemlərinin həllinə yoxsul insanların prizmasından da baxmaq lazımdır:

"Əgər mənzil fondunun artırılması istənilirsə, bunun üçün çox aşağı kapital dəyəri olmalıdır, çünki tələb olunan vəsait həddən artıq böyükdür. Bəzən də kapital ola bilər, amma onun dəyərini nəzərə alanda vəziyyət çox mürəkkəbləşir. Digər problem isə maliyyələşdirmə mexanizmidir. Orta, yuxarı təbəqələr və varlı insanlar üçün müəyyən həllər var. Amma yoxsullar insanlara gəldikdə belə bir həll yolu yoxdur. Əgər həll yolu sadəcə hansısa daşınmaz əmlak bazarı qurmaqdırsa, hökumətlər bunu asanlıqla yarada bilərlər. Ancaq yoxsul insanlar üçün real həll yolu yoxdur".

Mənbə: report.az

Xəbər lenti