IMG-LOGO

İşğaldan azad olunan ərazilərin bərpasında Prezident İlham Əliyevin xüsusi yanaşmasını görürük- RƏY

19 May 2026 16:46 4 baxış
IMG

WUF13-ün açılış mərasimində Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlər bir daha onu sübut etdi ki, Azərbaycan xalqı qədim mədəniyyətə malikdir.

Bunu "Report"a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat xatırladıb ki, Azərbaycan xalqının qədim və zəngin şəhərsalma mədəniyyəti var:

"Azərbaycan xalqı tarix boyu müxtəlif şəhərlər yaradıb. Bu nümunələrdə özünün unikallığı ilə seçilən Qəbələni, Gəncəni, Naxçıvanı, Şamaxını, Bərdə, Şəkini və bir sıra əraziləri qeyd edə bilərik ki bu əraziləri Azərbaycan xalqı yaradıb. XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda urbanizasiya prosesinin yeni mərhələsi başlayıb. Burada əsas istiqamət o oldu ki tarix qorunsun. Bu istiqamətdə tarixi memarlıq üslubu qorunur. Eyni zamanda da müasirlik də təmin olunur. Prezidentin rəhbərliyi ilə Azərbaycanda da bu işlər uğurla aparılır".

C. Məmmədov vurğulayıb ki, bunu işğaldan azad olunmuş rayonlarda da görmək olar. O qeyd edib ki, burada həm Prezidentin həm də Birinci-Vitse Prezidentin xüsusi yanaşması var.

O bildirib ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə unikal bir nümunə yaradıb:

"Bu gün Zəngilan Şuşa Cəbrayıl Laçın yenidən qurulub bərpa olunur. Burada əsas məqam tarixiliyin qorunmasıdır. Bu gün Zəngilan məscidi yenidən tikilib amma onun yanında qədim bina qorunub. Bunu biz digər ərazilərdə də görürük".

Mənbə: report.az

Xəbər lenti