Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) iştirak və təşkilatçılıq miqyasına görə ən böyük urbanistik forumlardan birinə çevrilib.
Bu barədə "Report"a UN-Habitat-ın Azərbaycandakı proqramının rəhbəri Anna Suve bildirib.
Onun sözlərinə görə, Bakıda həm WUF formatı ilə ilk dəfə tanış olan iştirakçılar, həm də əvvəlki sessiyalarda iştirak etmiş ekspertlər bir araya gəlib: "Bu gün burada olduğum üçün çox qürur duyuram. Çoxdandır tanıdığım insanların simalarını, eləcə də foruma ilk dəfə gələn yeni iştirakçıları görürəm".
O vurğulayıb ki, forum iştirakçılara pavilyonlar, tərəfdaşlıq zonaları və tematik sessiyalar arasında sərbəst hərəkət etməyə imkan verən açıq formatı ilə fərqlənir.
UN-Habitat nümayəndəsinin sözlərinə görə, belə bir struktur "şəhər daxilində şəhər" atmosferi yaradır.
A.Suve həmçinin forumun ekspozisiya hissəsini yüksək qiymətləndirib: "Ekspozisiya fantastikdir. Bir çoxları mənə bunun hətta COP29-dan da yaxşı olduğunu deyir".
Mənbə: report.az