IMG-LOGO

UN-Habitat iqlimə uyğunlaşma üçün qədim sivilizasiyaların təcrübəsindən istifadəyə çağırıb

19 May 2026 11:51 3 baxış
IMG

Qədim sivilizasiyalar iqlim dəyişikliyinə uyğunlaşmaq üçün, xüsusən də su qıtlığı məsələsində müasir həllər mənbəyi ola bilər.

"Report" xəbər verir ki, bu barədə UN-Habitat-ın İordaniya üzrə proqram rəhbəri Dima Əbu Tiyab Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə bildirib.

"Bölgədəki qədim sivilizasiyaların təcrübəsi, xüsusən də su ehtiyatlarının qıtlığı şəraitində müasir iqlim həlləri üçün istifadə oluna bilər", - Dima Əbu Tiyab deyib.

O qeyd edib ki, İordaniyada mürəkkəb su təchizatı sistemləri yaratmış Nəbati sivilizasiyasının irsinə, o cümlədən UNECKO-nun Ümumdünya İrs obyekti olan Petra ərazisinə xüsusi diqqət yetirilir.

"Biz suyu toplamaq üçün onlardan yenidən istifadə etmək məqsədilə bu su sistemlərini, eləcə də Roma mühəndislik həllərini öyrənməyə və bərpa etməyə başlamışıq", - UN-Habitat nümayəndəsi bəyan edib.

Onun sözlərinə görə, tarixi infrastruktur yenidən nəzərdən keçirilə və iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə də daxil olmaqla, müasir şəraitə uyğunlaşdırıla bilər.

Əbu Tiyab vurğulayıb ki, qədim sivilizasiyalar bir çox hallarda resurslardan istifadədə müasir şəhər sistemlərinə nisbətən daha dayanıqlı yanaşmalar nümayiş etdiriblər.

Mənbə: report.az

Xəbər lenti