BMT-nin Afrika üçün İqtisadi Komissiyası (UNECA) Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.
"Report"un məlumatına görə, bunu UNECA-nın nümayəndəsi Cüzeppe Tesoriere WUF13 çərçivəsində Afrika ölkələrinin regional nazirlər görüşündə bəyan edib.
Mənbə: report.az