IMG-LOGO

Elçin Yusubov: Ağdam-Şuşa avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir

19 May 2026 10:49 3 baxış
IMG

Ağdam-Şuşa avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir.

"Report" xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Münaqişədən sonrakı şəhərsalma: məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması" mövzusunda təşkil olunan tədbirdə deyib.

Onun sözlərinə görə, azad olunmuş ərazilərdə genişmiqyaslı yol-nəqliyyat infrastrukturu layihələri icra edilir.

Xüsusi nümayəndə bildirib ki, hazırda Suqovuşan - Sərsəng Su Anbarı - Qozlukörpü - Kəlbəcər, Suqovuşan - Kəlbəcər -Ağdərə - Ağdam, Əsgəran - Xocalı - Xankəndi və Bərdə - Ağdam - Əsgəran avtomobil yollarının tikintisi davam etdirilir.

Mənbə: report.az

Xəbər lenti