IMG-LOGO

Xocalı sakini: 10 yaşında tərk etdiyim kəndimizə 10 övladımla qayıtdım

16 May 2026 14:20 3 baxış
IMG

Xocalı rayonu Təzəbinə kəndinin sakini Anar Buludxanov 10 yaşında tərk etdiyi doğma yurda indi 10 övladı ilə birlikdə qayıtdığını deyib.

O, "Report"un Xocalıya ezam olunan əməkdaşına açıqlamasında uzun illərdən sonra doğulub-böyüdüyü kəndə dönməyin sevincini yaşadığını bildirib.

A.Buludxanov Təzəbinə kəndində ən çoxsaylı ailənin başçısı olduğunu vurğulayıb:

"Kənddən çıxanda 10 yaşım vardı, yalnız 44 yaşımda doğma ocağımıza qayıtdım. Ailəm 12 nəfərdən ibarətdir, kənddə ən çoxsaylı ailəyik. 6-sı oğlan, 4-ü qız olmaqla 10 övladım var. Böyük övladım 19, kiçiyi isə 1 yaşındadır. Sevinirəm ki, övladlarıma Qarabağımızı, kəndimizi sevdirə bilmişəm. Bundan sonra kəndimizin abadlığı, çiçəklənməsi üçün çalışacağıq".

Xəbər lenti