Xocalı rayonunun Xanabad kəndinin sakini, şəhid bacısı Nübar Cabbarova doğma yurda qayıdacaqları günü çox arzuladıqlarını deyib.
N. Cabbarova "Report"un Xocalıya ezam olunan əməkdaşına açıqlamasında məcburi köçkünlük dövründə doğma yurda qayıdacaqlarına inandıqlarını və bu arzu ilə yaşadıqlarını bildirib.
O, Xanabadı gənc yaşlarında tərk etdiyini vurğulayıb:
"Kənddən çıxanda gənc idim. Bu illər ərzində Bakıda 20 Yanvar metrosunun yaxınlığında yerləşən yataqxanada yaşadıq. Şəhid bacısıyam. Öz həyatları bahasına bu qüruru, sevinci bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyir, Prezidentimizə təşəkkürümü bildirirəm".