IMG-LOGO

Fuad Məmmədov: Türk dövlətlərinin QHT-ləri üçün birgə qrant müsabiqələri elan etməyə hazırıq

16 May 2026 10:36 2 baxış
IMG

QHT-lərə Dövlət Dəstəyi Agentliyi Türk dövlətlərinin tərəfdaş qurumları ilə vətəndaş cəmiyyəti institutları üçün birgə qrant müsabiqələri elan etməyə hazırdır.

"Report" xəbər verir ki, bunu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Fuad Məmmədov mayın 16-da Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumunda deyib.

Onun sözlərinə görə, mayın 15-də Qazaxıstanda TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Türk dövlətlərinin liderləri bir daha bütün dünyaya birlik, güc, həmrəylik mesajları verdilər:

"Bu gün Türk dünyası yüksəliş dövründədir, qarşımızda imkanlar, fürsətlər getdikcə genişlənir. Sülh, təhlükəsizlik, sabitlik, tərəqqi ideyalarına sadiq olan dost və qardaş xalqlarımızı ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlər birləşdirir. Biz Türk dövlətləri ilə ikitərəfli və çoxtərəfli əsasda QHT-lər üçün birgə qrant müsabiqələri elan etməyə hazırıq. Birgə qrant müsabiqələrində mexanizm heç də mürəkkəb deyil: tərəflər öz yerli normativ qaydalarına uyğun olaraq, müsabiqəni təşkil edir, QHT-lər qarşısında layihələrin müvafiq tərəfdaş ölkədə keçirilməsini şərt kimi qoyur".

F.Məmmədov həmçinin bildirib ki, yüksək mədəniyyətli cəmiyyətin formalaşdırılması və inkişaf etdirilməsi Türk dünyasının qüdrətini daha da artıracaq.

Xəbər lenti