Bu ilin I rübündə Azərbaycan bankları "Bloomberg" ticarət sistemində 42,1 milyard manat məbləğində 1 041 ədəd əqd bağlayıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) rüblük "Pul Siyasəti İcmalı"nda bildirilir.
Sənədə əsasən, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 86,3 % çox və 10,4 % azdır.
Ümumilikdə, hesabat dövründə banklararası bazarın təminatsız sektorunda aktivlik davam edib. Bu əməliyyatların 97 %-i 1-3 günlük olub.