IMG-LOGO

Azərbaycan Mərkəzi Bankı not hərraclarının sayını 2 dəfədən çox artırıb

15 May 2026 10:50 3 baxış
IMG

Bu ilin I rübündə Azərbaycan Mərkəzi Bankı (AMB) 44 not hərracı keçirib.

"Report" xəbər verir ki, bu barədə qurumun rüblük "Pul Siyasəti İcmalı"nda bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,45 dəfə çoxdur.

Hesabat dövründə baş tutmuş hərraclardan 11-i 28 günlük, 11-i 84 günlük, 11-i 168 günlük, 11-i isə 252 günlük notlar üzrə olub. Martın sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı isə 306,9 milyon manat təşkil edib. Bu, ötən ilin sonu ilə müqayisədə 63,9 milyon manat azdır.

Son hərraclarda formalaşan gəlirlilik 28 günlük notlar üzrə 6,25 %, 84 günlük notlar üzrə 6,22 %, 168 günlük notlar üzrə 6,32 %, 252 günlük notlar üzrə isə 6,35 % olub.

Xəbər lenti