IMG-LOGO

Emi Karlon: "ABŞ maliyyə şəffaflığı məsələlərində Azərbaycanla tərəfdaşlığı genişləndirəcək"

14 May 2026 11:28 2 baxış
IMG

ABŞ maliyyə şəffaflığının artırılması və sanksiyalardan yayınmanın qarşısının alınması məsələlərində qarşılıqlı fəaliyyət üçün Azərbaycanla tərəfdaşlığın genişləndirilməsinə sadiqdir.

"Report" xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon Bakıda sanksiyalara riayət olunması və maliyyə risklərinin idarə edilməsi məsələlərinə dair konfransda bildirib.

"ABŞ şəffaflığın və maliyyə dürüstlüyünün artırılması istiqamətində birgə fəaliyyətimiz çərçivəsində Azərbaycan və regionun digər ölkələri ilə tərəfdaşlığın genişləndirilməsinə sadiqdir", - o deyib.

Onun sözlərinə görə, sanksiyalara riayət olunması məsələlərində əməkdaşlığın gücləndirilməsi bu qarşılıqlı fəaliyyətin təməlidir.

"Biz anlayırıq ki, sanksiya komplayensi özəl sektor üçün ciddi çağırışlar yaradır: sürətlə dəyişən normativ tələblərdən tutmuş sanksiyalardan yayınmağın getdikcə daha mürəkkəb metodlarına qədər. Bugünkü konfrans bu mürəkkəb rejimlərdə (sanksiya rejimlərində - red.) naviqasiya üçün praktiki alətlər əldə etməyə kömək edəcək. Azərbaycan və ABŞ birlikdə qaydalara riayət olunması intizamını gücləndirə və daha təhlükəsiz və şəffaf maliyyə sisteminin yaradılmasına töhfə verə bilər, bu da öz növbəsində yeni strateji tərəfdaşlığımızın həyata keçirilməsini dəstəkləyəcək", - E. Karlon vurğulayıb.

Xəbər lenti