IMG-LOGO

"Azərbaycan Beynəlxalq Bankı"nın istiqrazlarına 282 investor maraq göstərib

13 May 2026 16:25 4 baxış
IMG

Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) 10 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

"Report" BFB-yə istinadən xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 100 manat olan 100 000 ədəd istiqraz kütləvi hərrac üsulu ilə yerləşdirilib. İstiqrazlar hər biri 5 milyon manatlıq olmaqla 2 tranşda çıxarılıb.

Qiymətli kağızlar kütləvi təklif üsulu ilə investorlara təklif olunub və onlara 282 investor maraq göstərib. Belə ki, istiqrazların 1-ci tranşına 136 investor 15,974 milyon manatlıq 154 sifariş, 2-ci tranşına isə 146 investor 15,86 milyon manatlıq 229 sifariş təqdim edilib ki, müvafiq olaraq 134 investorun 152 sifarişi və 138 investorun 219 sifarişi təmin edilib. Bununla da, yerləşdirmə tam baş tutub.

1-ci tranşda istiqrazların müddəti 12 ay, illik faiz dərəcəsi 10 %, 2-ci tranşda isə istiqrazların müddəti 24 ay, illik faiz dərəcəsi 11 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "ABB-İnvest İnvestisiya Şirkəti" QSC-dir.

Xəbər lenti